29 yanvar 2020 18:23
1510

Prokurorluq: Masallıda yeni ailə quran yeniyetmə qız qətlə yetirilib

Masallı rayonunda ailə qurandan 2 həftə sonra ölən yeniyetmə qızın qətlə yetirildiyi məlum olub.

"İki sahil" xəbər verir ki, bu barədə Trend-ə Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətli ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qətlin kim tərəfindən törədilməsi ilə bağlı istintaq əməliyyat tədbirləri həyata keçirilir.