14 mart 2019 13:43
182

PSJ "Qalatasaray"ın gənc hücumçusunu sərvət qarşılığında alacaq

Ölkə liqasında şou göstərən, lakin Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olan PSJ yeni mövsüm üçün transfer işlərinə start verib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, klubun sahibi Nasir Əl-Xələfi “Qalatasaray”da forma geyinən nigeriyalı Henri Onyekurun xidməti ilə yaxından maraqlanır.

“Marsel” və “Borussiya Dortmund” kimi komandaların da maraqlandığı 21 yaşlı futbolçu üçün PSJ 20 milyon dollarlıq transfer büdcəsi ayırıb.

Qeyd edək ki, “Qalatasaray”da illik 1,2 milyon avro qazanan hücumçu “Everton”dan 800 min avro qarşılığında transfer olunmuşdu.