27 oktyabr 2020 13:41
814

PSJ Zidanı istəyir?

Fransanın PSJ klubu İspaniyanın "Real Madrid" komandasına rəhbərlik edən Zinəddin Zidanı baş məşqçi postuna gətirmək niyyətindədir.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Paris təmsilçisinin nümayəndələri son həftələrdə 48 yaşlı fransalı mütəxəssislə əlaqə saxlayıb.

Qeyd edək ki, Zinəddin Zidan 2016 - 2018-ci illərdə "Real Madrid"də işləyib. O, 2019-cu ildə yenidən Madrid klubuna dönüb. Hazırda PSJ-nin baş məşqçisi almaniyalı Tomas Tuxeldir.