09 fevral 2020 16:24
1000

Pulu kartına yükləyəcəkdi, qarğa götürüb apardı - VİDEO - FOTO

Türkiyədə qəribə hadisə baş verib. 

"Report" "AHaber"ə istinadən xəbər verir ki, bu gün Marmarayda qadın sərnişin "İstanbul kart"a pul mədaxil etmək üçün əsginazı ödəniş terminalına yerləşdirib. Bu zaman bir qarğa ona yaxınlaşaraq paltarının ətəyini dimdikləyib. Nəticədə qadın qorxaraq kənara çəkilib. Qarğa isə aparata yaxınlaşaraq kağız pulu götürüb. Qadın "quş pulumu apardı" deyərək onun ardınca qaçsa da, qarğa bir müddət sonra gözdən itib. 

Qeyd edək ki, bu, İstanbulda ikinci belə hadisədir. Belə ki, 2016-cı ildə Terazidere metro stansiyasında Nesibe Koç kartına pul yüklədikdən sonra yerə düşürmüş, bir qarğa da onu almışdı.