23 avqust 2019 16:42
824

Putin orduya təlimat verdi: “Hazır olun”

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçirdiyi raket sınaqlarına cavab olaraq orduya təlimat verdi.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu məqsədlə Təhlükəsizlik Şurasını toplayıb.

Prezident Putin nazirlərə ABŞ-ın raket sınağının yol açdığı təhdidləri araşdırmaq üçün də təlimat və “hazır olun” tapşırığı verib.

Xarici media qeyd edib ki, toplantı zamanı Putin “Rusiya silahlanma yarışına daxil olmaq istəmir” ifadəsini işlədib.