Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 sentyabr 2020 23:00
331

Putin öz xalqını xəbərdar etdi

Rusiya Prezidenti Vladimir Putin insanların pandemiya tədbirlərindən bezmələrini anladığını deyib, bununla belə COVID-19-un çox təhlükəli və sakit bir düşmən olduğunu unutmamağa çağırıb.

“Maskalar, sosial məsafə və bu kimi şeylər, xüsusilə təhsil, iş yerlərindəki müəyyən məhdudiyyətlər, təcrid... əlbəttə ki, insanlar bütün bunlardan bezib və mən bunları çox yaxşı başa düşürəm. Ancaq qəribədir, insanlar hələ də bütün dünyanın, o cümlədən bizim çox təhlükəli bir düşmənlə qarşılaşdığımızı hər zaman hiss etmir, başa düşmür və buna görə də inanmırlar”, - deyə Putin hökumət iclasında bildirib.

Prezident əlavə edib ki, koronavirus da daxil olmaqla yoluxucu xəstəliklər sakit, görünməz və çox təhlükəli düşməndir.

Oxu.az