28 iyun 2020 19:49
357

Putin özünün test nəticələrini açıqladı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Rossiya-1” telekanalının "Moskva. Kreml. Putin" verilişində deyib.

"Müntəzəm, hər üç-dörd gündə bir dəfə", - deyə prezident testləri tez-tez verməsi barədə suala cavabında bildirib.

Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: "Allaha şükür, hələ ki, bəli".