27 yanvar 2021 17:16
627

Putin: Üçtərəfli bəyanat ardıcıl icra olunur

“Biz hökumətlər olaraq birlikdə problemlərə reaksiya verməliyik. Bu, regional münaqişələrin həllinə töhfə verməyə, müttəfiqliklər qurmağa, enerji dəhlizlərinin yaradılmasına, nəqliyyata və digər məsələlərə töhfə verə bilər. Yəni, bu hər kəsin xeyrinə olar”.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.

O bildirib ki, birgə səylərin göstərilməsi üçün böyük potensial mövcuddur.

V. Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün də Rusiya vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub: “Azərbaycan və erməni xalqları Rusiyaya yaxın xalqlardır. Biz onlara kömək etmək istəyirik. Yenidən vurğulayım ki, biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk qrupu formatını izlədik. Bu formatda 3 ölkə var. Bu geniş əməkdaşlıq üçün gözəl modeldir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanat ardıcıl icra olunur. Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. Artıq bu ölkələr normal vəziyyətinə dönür. Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.