30 iyun 2020 09:54
249

Pyaniç "Barselona"da oynayacaq

"Yuventus" italyan futbol klubunun yarımmüdafiəçisi Miralem Pyaniç cari mövsümün sonunda "Barsenola" ilə müqavilə imzalayacaq.

"İki sahil" xəbər verir ki, bu barədə ispan komandasının mətbuat xidməti xəbər verib.

Klublar futbolçunun cari mövsümü "Yuventus"la başa vuracağına dair razılığa gəliblər. Oyunçu ilə Kataloniya klubu arasındakı razılaşma 2023/24 mövsümün sonuna qədər qüvvədədir. 23 yaşlı bosniyalı yarımmüdafiəçi üçün "Barselona" 65 milyon avro ödəyəcək. İspaniya klubu futbolçu üçün təzminat məbləğini 400 milyon avro məbləğində təyin edib.

M.Pyaniç bu mövsüm 36 oyun keçirib, üç qol və dörd faydalıötürmə ilə fərqlənib. O, "Yuventus"dan əlavə İtaliyanın "Roma" və Fransanın "Lion" və "Metz" klublarında da oynayıb. Bosniya yığmasının tərkibində futbolçu 92 oyun keçirib, 14 qol vurub və 27 faydalı ötürmə edib. "Yuventus"un tərkibində M.Pyaniç üç dəfə İtaliya çempionatının, iki dəfə İtaliya kubokunun və bir dəfə İtaliya super kubokunun qalibi titullarını qazanıb.