06 fevral 2019 12:33
195

Qaçırdığı avtomobillə birgə saxlanılıb

Fevralın 5-də saat 12 radələrində Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Ə.Qasımova məxsus “Volkswagen Passat” markalı avtomobilin qaçırılması barədə  Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.

     Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini F.Quluzadə həmin gün saat 20 radələrində rayon ərazisində avtomobillə birgə saxlanılıb.

          Araşdırma aparılır.