28 yanvar 2021 11:46
665

Qadının beynindən hamam böcəyi tapılıb

Hindistanın Chennai şəhərindəki həkimlər möcüzəvi halda bir qadının kəllə sümüyündən canlı hamam böcəyi çıxardıb.

“İki sahil” xəbər verir ki, yuxu zamanı qadının burun dəliyindən girən hamamböcəyi beyınə doğru irəliləməyi bacarıb. Xəstəxanada aparılan müayinələr nəticəsində böcəyin kəllənin alın sümüyünün gözə yaxın hissəsində olduğu təyin olunub. Həkimlər qadının vaxtında xəstəxanaya gəldiyini və böcəyin öləcəyi halda qadının beyninə zərər verə biləcəyini bildiriblər.

Vüsal Cahanov, "İki sahil"