14 fevral 2019 11:28
721

Qadınların beyni kişilərə nisbətən daha gec qocalır

ABŞ-da aparılan bir araşdırma qadınların beyninin kişilərə nisbətən daha gec qocaldığını ortaya qoyub.

Vaşinqton Universitetinin tibb fakültəsinin apardığı tədqiqatda qatılan 20-82 yaş arası 121 qadının və 84 kişinin beyin tomoqrafiyasına baxılıb. Tədqiqatda iştirak edənlərin beyinlərinin müxtəlif hissələrində qlükoza və oksigen axını ölçülüb. Beyin funksiyalarının kişi və qadınlarda necə dəyişdiyi araşdırılıb.

Universitetin radiologiya şöbəsinin həkimi Manu Qoyal 30 yaşlı bir qadının beyninin yaşıdı olan kişi beynindən 3,4 yaş cavan olduğunu ifadə edərək, bunun qadınların gələcək yaşlarında daha yaxşı öyrənmələrinə və yaradıcılıq qabiliyyətlərinin daha yaxşı olacağına şərait yaratdığını bildirib.

Qoyal mövzu ilə əlaqədar araşdırmalarını davam etdirəcəyini söyləyib.

Röya Rasimqızı