10 iyul 2020 18:36
865

“Qafqaz” avtomobil yolu yenidən qurulur

Şimali Osetiyada Azərbaycan sərhədinə gedən “Qafqaz” avtomobil yolu yenidən qurulur.

Şimali Qafqazdan Azərbaycanadək gələn “Qafqaz” avtomobil yolu genişləndiriləcək. Yolun 8 kilometrlik sahəsində təmir işləri bu ilin sonunadək başa çatacaq. Avtomobil yolunun əvvəllər 2 zolaqdan ibarət Beslan-Çermen hissəsi dördzolaqlı olacaq, yeni metal məhəccərlər, yol nişanları və sair qoyulacaq.

Qeyd edək ki, R-17 “Qafqaz” avtomobil yolu Krasnodardan başlayaraq Azərbaycanın sərhədinə kimi uzanır.