09 yanvar 2020 10:29
341

"Qalatasaray" 3-cü transferi gerçəkləşdirdi

"Qalatasaray" Jesse Sekidikanı transfer edib 

"İki sahil" xəbər verir ki, yanvarın 8-də "Eskişehirspor" ilə müqaviləsi ləğv edilən 23 yaşlı nigeriyalı ulduzun qısa müddətdə düşərgəyə qatılacağı bildirilib.

88 min avro ödənmədiyi üçün FİFA-ya müraciət edən Jesse Sekidika dekabrın sonunda sərbəst buraxıldığını bildirən rəsmi məktub alıb. Bazar ertəsi Türkiyəyə dönən Jesse "sarı-qırmızı"lı komanda ilə 3.5 illik müqavilə imzalayıb.