27 sentyabr 2020 23:50
872

“Qalatasaray” klubu Azərbaycana dəstək olub

İstanbulun “Qalatasaray” futbol klubu sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun əks-hücuma keçərək işğal altındakı ərazilərdə apardığı hərbi əməliyyatlar barədə paylaşım edib.

"İki sahil" xəbər verir ki, İstanbul təmsilçisinin “Facebook” səhifəsindəki paylaşımında “Bir millət, iki dövlət. Qardaşlarımızın yanındayıq!” ifadələri yer alıb.