“Qalatasaray”ın bir futbolçusunda koronavirus aşkarlanıb.
“İki sahil” klubun saytına istinadən xəbər verir ki, oktyabrın 31-də baş tutacaq “Ankaragücü” ilə Super Liqa matçı öncəsi bütün kollektivdən koronavirus testi götürülüb.
Nəticədə futbolçulardan birinin testi müsbət nəticə verib. Adı açıqlanmayan oyunçu karantinə alınıb və müalicəsinə start verilib.