14 avqust 2020 15:47
1131

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxub.

“İki sahil” klubun rəsmi saytına isinadən xəbər verir ki, komandanın oyunçuları ilə yanaşı, texniki heyəti də testdən keçib. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb.

Bildirilib ki, kliniki şikayəti olmayan hər iki futbolçu təcrid edilib və onların müalicəsinə başlanılıb.