11 fevral 2020 17:31
721

Qan donduran ənənə - FOTO

Afrikanın ada ölkəsi olan Madaqaskar dünyanın ən qəribə festivallarından birini keçirir.

“İki sahil” xəbər verir ki, “Famadihana” adlı festival zamanı insanlar ölən qohumlarını qəbirlərindən çıxarır və müxtəlif rəqs növləri ilə bayram qeyd edirlər. Madaqaskarda yaşayan Malagasi qəbiləsi qəbirdən çıxardıqları qohumlarının nəşi ilə rəqs edirlər.

“Famadihana” festivalı zamanı madaqaskarlılar mərhum yaxınlarına yeni paltar geyindirirlər. Sonra da mərhum qohumlarının sümükləri ilə parad təşkil edir və canlı musiqi ilə rəqs edirlər.

Bu festivalın məqsədi mərhumun yaxınlarını xatırlamaq və xatirələrini yaşatmaqdır.