04 fevral 2019 12:31
226

Qanunsuz ov edənlər saxlanılıb

Qanunsuz ov edən 4 nəfər Ucar rayon sakini saxlanılıb

DİN Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Qaxay kəndi ərazisində qanunsuz ov edən 4 nəfər Ucar rayon sakini saxlanılıb. Onlardan “TOZ” markalı 4 ədəd ov tüfəngi götürülüb.

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini E.Məhərrəmovdan, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini Q.Mirzəyevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

Araşdırmalar aparılır.