KÖŞƏ

Vəli İlyasov

Qapılardan it kimi qovulan Nikol

07 oktyabr 2020 20:30
1546

Bir neçə gün əvvəl Tərtərə, doğma kəndim Qaradağlıya getmişdim. Həmkəndlilərimlə görüşdüm, hal-əhval tutduq. Hamının əhval-ruhiyyəsi çox yüksək idi. Anidən kişilərdən biri cibindən bir tikə çörək çıxarıb “Nikol”, “Nikol” deyə çağırdı. Bayaqdan küçədə ora-bura qaçan sahibsiz qara köpək dərhal gəlib kişinin qarşısında duraraq quyruğunu buladı, gözlərini onun əlində tutduğu çörək tikəsinə zillədi.

- Al ye, sən erməni Nikoldan daha sədaqətlisən, o, çörəyimizi yeyib əl-ayağımızı gəmirir, sən isə qapımızı qoruyursan.

Bu sözlər yadıma Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 27-dən sonra dövlət başçılarına aramsız zənglər edərək zəhlələrini tökməyini saldı.

Bildiyimiz kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasından sonra cəbhə xəttində başlayan toqquşmalar davam edir. Azərbaycan ordusu əks-hücuma keçərək bəzi yaşayış məntəqələrini işğaldan azad edib.

Bu barədə “Anadolu” agentliyinin dərc etdiyi məqalədə bildirilib.

Məqalədə Azərbaycan ordusundan ağır zərbələr alan Ermənistanın rəhbəri Nikol Paşinyanın dünya liderlərinin qapısında gözləməyə başladığı qeyd edilib: “Amerikanın “Nyu-York Tayms” qəzetinə müsahibə verən Ermənistan baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla Türkiyənin Dağlıq Qarabağdakı rolunu müzakirə etmək üçün vəd aldığını, ancaq Trampın guya koronavirusa yoluxmasından sonra bunun baş tutmadığını deyib.

Xəbərdə Paşinyanın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon əlaqəsi qurduğu və məsələni qaldırdığı bildirilib. Obrayn Paşinyana Trampla telefon danışığı təşkil edəcəyinə söz verib.

Lakin bu görüşdən bir neçə saat sonra Trampın koronavirus testi müsbət olub və Paşinyanın ABŞ-ı Ermənistanın tərəfinə çəkmək fürsəti” fiaskoya uğrayıb.

Əli boşa çıxan Paşinyan Kremlin qarısına üz tutub. İçəriyə bir neçə dəfə xəbər göndərib ki, telefonda gözləyirəm, cənab Putinə təvəqqəm var.Nəhayət, təkidli xahişlərindən sonra onu Putinlə calaşdırıblar. İclasda olan Vladimir Putin Paşinyanın zənglərindən zinhara gələrək dəstəyi qaldırıb və narazı şəkildə özü sonra zəng edəcəyini bildirib. Artıq hamı bilir ki, Putinin avantürist Paşinyandan zənd- zəhləsi gedir və hər vəchlə ondan kömək uman erməni baş nazirini rədd edir. Ancaq Nikol erməni həyasızlığına salıb Rusiya liderinin ətəyindən əl çəkmir.

Son günlər ölkə rəhbərliyinin tapşırığı ilə Ermənistan ordusu Gəncə, Yevlax, Mingəçevir, Bərdə və hətta Bakı yaxınlığındakı Xızı rayonuna raket zərbələri endirməklə Azərbaycanı adekvat cavab verməsinə çalışır ki,  sonra həyasızlıqla Rusiyaya və dünyanın digər ölkələrinə haray salıb azərbaycanlıların erməni xalqını qırmasını bəyan etsinlər. Məqsəd isə sadədir: müharibəyə üçüncü və dördüncü tərəfləri cəlb etmək. KTMT-nin köməyindən əli üzülən Ermənistanın çabalaması başa düşüləndir. Ermənilərin gözləntiləri Tovuz təxribatından sonra dalbadal boşa çıxır və təcavüzkar ümidsiz vəziyyətə düşür. Onların çox güvəndikləri Fransa prezidenti Makronun boş iddiaları Azərbaycan Ordusunun qalibiyyətli hücumlarının qarşısını ala bilmir. Bütün cəbhə boyu irəliləyən Azərbaycan Ordusunun birləşmələri hər gün erməni terror dəstələrini darmadağın edir, hərbi texnikasını, silah-sursat anbarlarını məhv edir və ələ keçirir. Paşinyan başa düşür ki, cəbhədəki məğlubiyyətlər otuz ilə yaxın davam edən işğalın məntiqi nəticəsidir. Baş nazir kimi şəxsiyyətini alçaldan Paşinyan hansı rəzalətə gedirsə-getsin məqsədi alınmır. O, az qala bütün qapılardan rüsvayçılıqla qovulur. Azərbaycan Ordusu isə erməni quldurlarını torpağımızdan necə deyərlər, it kimi qovur. Ordusu ağır məğlubiyyətə düçar olan Ermənistanın bir çıxış yolu var ki, o da ağ bayraq qaldırıb təslim olmaq və quldur birləşmələrini işğal etdiyi Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmaqdır. O gün də uzaqda deyil və qüdrətli Ordumuz vəhşi erməni terrorçularını sülhə məcbur edəcəkdir. Paşinyan isə bundan sonra başına  müsibətlər gətirdiyi xalqı tərəfindən cəzalandırılacaqdır.