29 yanvar 2019 12:06
130

Qar 20 min sakinlə əlaqəni kəsdi

İranın Lorestan vilayətində Əliqudərz rayonu ilə Zəz və Mahru zonası arasında əlaqə kəsilib.

Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayətinin qubernatoru Həmid Kəşkuli açıqlamasında deyib.

Kəşkulinin sözlərinə görə, Gəllə-Baduş aşırımında 2 metr hündürlüyündə qar 20 min sakinlə əlaqənin kəsilməsinə səbəb olub.

Kəşkuli dağlıq və soyuq zona olduğuna görə, vilayətin bu zona sakinləri ilə il ərzində bir neçə dəfə əlaqənin kəsildiyini deyib.