11 dekabr 2019 15:33
787

Qar bir yolda 20-yə yaxın qəzaya səbəb oldu – VİDEO

Vladivostok şəhəri (Rusiya) yaxınlığındakı trasda kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

“Life” xəbər verir ki, qar bir yolda 20-yə yaxın qəzaya səbəb olub.

Videoda göründüyü kimi, toqquşan maşınlar böyük tıxac yaradıb və yolun bir hissəsində hərəkəti tamamilə dayandırıb.

Kütləvi qəzalar barədə məlumat yerli yol polisi tərəfindən də təsdiqini tapıb.