04 fevral 2019 10:30
207

Qar və çovğun İranın 18 vilayətini cənginə alıb

Ötən 2 gün ərzində İranın 18 vilayəti sel, daşqın, qar və çovğunla üzləşib.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi açıqlamasında deyib.

M.Səliminin sözlərinə görə, Şərqi Azərbaycan, Ərdəbil, Tehran, İsfahan, Cənubi Xorasan, Şimali Xorasan, Xuzistan, Zəncan, Simnan, Sistan və Bəluçestan, Fars, Qəzvin, Kürdüstan, Kirmanşah, Gülüstan, Gilan, Mazandaran və Hörmüzqan vilayətlərində daşqın, qar və çovğun var.

Təşkilat sədri əlavə edib ki, Hörmüzqan vilayətində daşqınlar nəticəsində 1 nəfər ölüb. İndiyədək 2200 nəfərə yardım edilib.