09 avqust 2020 23:55
1125

“Qarabağ” aşkar favoritdir

“Qarabağ” əla klubdur və şübhəsiz ki, bu oyunda aşkar favoritdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Vladimir Dimitrovski deyib.

Şimali makedoniyalı futbolçu Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Hazırda Gürcüstanın “Telavi” klubunda oynayan legioner “Qarabağ”ı Şimali Makedoniya təmsilçisi “Sileks”lə dueldə favorit sayır: “Bu komandanın Avropada oyun təcrübəsi böyükdür, yaxşı büdcə və yaxşı oyunçulara malikdir. Amma biz bilirik ki, futbolda hər şey mümkündür. Xüsusilə də koronavirus pandemiyasından sonra. Üstəlik, qarşılaşma azarkeşsiz keçiriləcək. Bir sözlə, “Qarabağ” favorit olsa da, futbolda hər şey mümkündür”.