19 yanvar 2021 13:24
597

Qarabağ Dirçəliş Fondu marafonlar təşkil edəcək

Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək.

"İki sahil" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

Sənədə əsasən, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər, o cümlədən vəsait toplanması məqsədilə marafonlar təşkil etmək Fondun hüquqları sırasına daxil edilib.