24 iyul 2019 12:48
1134

"Qarabağ" İrlandiya çempionuna qarşı

"Qarabağ" bu gün Çempionlar Liqaının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Qol.az-ın məlumatına görə, Ağdam klubu Dublində "Dundalk"ın qonağı olacaq. İrlandiya çempionu ilə görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.

1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası bu rəqibi də keçmək niyyətindədir. Bunun üçün "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Bartos Frankovski (Polşa)
Dublin, "Oriel Park" stadionu