11 avqust 2020 12:08
832

“Qarabağ” neft yatağının üst modulunun dizaynı hazırlanır

“Qarabağ” neft yatağının üst modulunun dizaynı hazırlanır.

Bu barədə “Qarabağ” əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dizayn işləri “Wood” şirkəti tərəfindən aparılır. Hazırda işlər davam edir. Mühəndislik mərhələsi bitdikdən sonra dayaq blokunun tikintisinə başlanılacaq.

T.Dadaşov əlavə edib ki, 2022-ci ilin sonun kimi “Qarabağ” dayaq blokundan neftin hasilatına başlanılacaq.