29 sentyabr 2020 14:57
947

“Qarabağ” – “Səbail” matçı təxirə salındı

Azərbaycan  Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.

“İki sahil” PFL-ə istinadən xəbər verir ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyunun təxirə salınmasını  istəyib. PFL AFFA-nın müraciətini, milli komandanın mənafeyini və  adıçəkilən klubların razılığını rəhbər tutaraq matçı təxirə salıb.

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.