25 sentyabr 2020 20:54
792

"Qarabağ" son dəqiqə qolu ilə heç-heçə etdi

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

“İki sahil” Qol.az-a istinadla xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Qarabağ"  səfərdə "Sumqayıt"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri 26-27 sentyabr tarixlərində keçiriləcək.

25 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 (2:0), Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5 (2:2)
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”