Topaz Premyer Liqasının 21-ci turunda bu gün keçiriləcək 4 oyundan ikisi canlı yayımlanacaq.
Qol.az-ın məlumatına görə, "Səbail" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" matçları "CBC Sport" telekanalının canlı efirində olacaq.
Qeyd edək ki, "Bayıl Arena"dakı görüş saat 16:45-də, "Bakcell Arena"dakı qarşılaşma isə 19:00-da başlayacaq.