Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" oyunu üçün hakim təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, matçın baş hakimi Çexiya Futbol Federasiyasından Pavel Orel olacaq. Ona Petr Blazej və Jiri Kriz köməklik edəcək. Dördüncü hakim funksiyasını Andrey Peçanets yerinə yetirəcək.
Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiugovadır.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək. Görüşə Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.