16 may 2019 15:08
304

"Qarabağ"dan ayrılan futbolçu karyerasını bitirir

Mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak karyerasını bitirə bilər.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi şəxsi dostuna söz verdiyini bildirib:

"Dostuma demişdim ki, "Pyast" çempion olsa, karyeramı bitirəcəyəm. Bəlkə də artıq vaxtı çatıb".

Qeyd edək ki, Polşa çempionatına 69 xalla turnir cədvəlinə başçılıq edən "Pyast" ən yaxın izləyicisi "Legiya"nı 2 xal qabaqlayır. Qlivitse təmsilçisi son turda evdə "Lex"i məğlub etsə, digər görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq.