05 noyabr 2019 11:17
114

"Qarabağ"ın bu oyununda azarkeş olmayacaq - KLUBDAN QƏRAR

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində Kiprə səfərə gedəcək "Qarabağ" komandası APOEL-ə qarşı keçirəcəyi matçına azarkeşsiz çıxacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisinin rəhbərliyi öz azarkeşlərinə oyuna baxmağa gəlməməyi tövsiyə edib. Məqsəd mümkün gərginlik riskindən qaçmaqdır.

Qeyd edək ki, matç noyabrın 7-də, Nikosiyadakı "GSP Arena"da keçiriləcək. Tarixi qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.