10 fevral 2020 13:43
664

"Qarabağ"ın futbolçuları millinin toplanışına qatılmadı

Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.

"Report"un məlumatına görə, "Qarabağ" klubunun müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri - İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıb.

Qeyd edək ki, fevralın 9-da start götürən U-21-in toplanışı 3 gün davam edəcək. Baş məşqçi Milan Obradoviç hazırlıq prosesinə 24 futbolçu dəvət edib.