23 iyul 2019 16:53
1438

"Qarabağ"ın oyunu canlı yayımda

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya çempionu "Dundalk"la keçirəcəyi ilk oyun canlı yayımlanacaq.

Qol.az xəbər verir ki, Dublindəki qarşılaşma "CBC Sport"un canlı efirində olacaq. Bu barədə telekanalın rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.