Türkiyə Superliqasında 6-cı turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” öz meydanında “Rizəspor”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
Sivas təmsilçisi 7 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” I qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə keçirəcək.