08 avqust 2019 11:56
188

"Qarabağ"ın təklifi müsbət cavablandırılmadı

“Boka Xuniors” qapıçısı Markos Dias üçün “Qarabağ”ın göndərdiyi rəsmi təklifi müsbət cavablandırmayıb.

"iki sahil" Qol.az-a istinadən xəbər verir ki, Buenos-Ayres təmsilçisi 33 yaşlı qolkiperlə yolları ayırmağı istəmədiyi üçün bu addımı atıb.  Dias əsas heyətə düşməkdə çətinlik çəksə belə, klub onu satmaq istəməyib .

Qeyd edək ki, Dias bu ilin yanvar ayında "Boka Xuniors”la 1.5 illik müqavilə imzalayıb.