16 iyul 2019 11:27
1128

"Qarabağ"ın yeni transferi iddialı danışdı

Faysal Rerra: "Azarkeşlər meydanda döyüşkən futbolçu görəcəklər"

"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam".

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Faysal Rerras klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mərakeşli müdafiəçi ilk oyuna çıxacağı günü səbirsizliklə gözlədiyini söyləyib: "Müdafiənin həm sağ, həm də sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumat var idi, avrokuboklarda oyunlarını izləmişdim. Fransa klubları ilə oynayan zaman da klub haqda çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sonaqədər mübarizə aparan futbolçu görəcəklər".

Qeyd edək ki, "Qarabağ" 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.