07 sentyabr 2019 14:40
116

“Qaraqoyunlu və Ağqoyunlu sikkələri” kataloqu nəşr edilib

AME-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, professor Əli Rəcəblinin müəllifi olduğu “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” kataloqu nəşr edilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, kataloq bu qurumun numizmatika fondunda qorunan və Azərbaycan Respublikası ərazisində tapılmış sikkələr əsasında hazırlanıb. Kataloqa Qaraqoyunlu və Ağqoyunlu hökmdarları dövründə Şamaxı, Bakı, Ərdəbil, Mahmudabad, Bağdad, Ərzincan, Lar, Amid zərbxanalarında hazırlanmış gümüş təngələrin fotoşəkli edilib, uyğun dövrün tarixi şəraiti və pul təsərrüfatı barədə məlumat verilib.

Muzeyin elmi şurasının qərarı ilə çap olunmuş kataloq tarixçilər və Azərbaycan numizmatikası ilə maraqlananlar üçün nəzərdə tutulur.