04 fevral 2019 10:46
243

Qarı təmizləməyənləri CƏRİMƏ GÖZLƏYİR

Latviyanın paytaxtı Riqa şəhərinin sakinləri yeni cərimə növü ilə üzləşiblər. Onlar həyətdə saxladıqları şəxsi avtomobillərinin ətrafından qarı təmizləmədikləri üçün 40 avro məbləğində cərimə olunurlar.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, həmin cərimə ilə üzləşən vətəndaşlar bu barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər. Latviya mediası məsələ ilə bağlı araşdırmaya başlayıb. Riqa polisindən bildiriblər ki, həqiqətən də qanunda belə bir cərimə növü var. Əgər avtomobil həyətdə və ya yolda 3 gündən artıq saxlanılmaqla qartəmizləyən texnikanın işinə mane olursa, onun sahibi özü avtomobilin ətrafındakı qarı təmizləməlidir.