13 yanvar 2020 17:29
508

Qatar dəvəyə görə ləngidi - VİDEO

Rusiyada sərnişin qatarı relslərdə qaçan dəvəyə görə ləngiyib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Daşkənd-Moskva marşrutu ilə hərəkət edən qatar Həştərxan vilayəti ərazisində sürətini azaltmalı olub.

Qeyd olunur ki, relsə çıxan dəvə bir müddət qatarın qabağı ilə qaçıb. Nəticədə qatarın sürəti saatda 13 kilometrədək azalıb.

Sərnişin qatarı Moskvaya 40 dəqiqə gecikmə ilə çatıb.