21 fevral 2019 18:17
571

Qatlanıb-açılan “Galaxy Fold” smartfonu

“Samsung” hamının səbirsizliklə gözlədiyi qatlanıb-açılan “Galaxy Fold” smartfonunun təqdimatını keçirib.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, aprelin 26-da ABŞ-da satışa çıxarılacaq bu smartfonun qiyməti təxminən 2 min dollardır.

San-Fransiskoda keçirilən təqdimatda bildirilib ki, 4,58 inç ölçüsündə olan telefonu acıdıqda, cihaz 7,3 inç ölçüsündə planşetə çevrilir. Cihazın RAM-i isə 12 gb təşkil edir. Telefonun arxa tərəfində 3, içərisində 2, önündə isə 1 kamera var. Qatlanıb-açılan ekranda “Youtube”, “Whatsapp” ve “Google”dan eyni anda istifadə oluna bilər.