14 iyun 2019 14:49
318

Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyun ayının 21-də Qax rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Balakən rayonunda vətəndaşları qəbul edəcəklər. 

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Qax şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasındasaat 10:00-da keçiriləcək. Qəbulda Qax və Zaqatala rayonlarının sakinləri iştirak edə bilərlər. 

Əvəz Qocayev isə Balakən şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Balakən rayonunun sakinləri iştirak edə bilərlər. 

Qəbullar zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.