18 yanvar 2020 10:30
978

Qayınana 55 yaşlı kürəkənini döyüb

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

"İki sahil" APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Rüstəmov küçəsində qeydə alınıb.

55 yaşlı Əliyev Zülfü Vüqar oğlu qayınanası ilə mübahisə zamanı küt alətlə döyülüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin müayinə zamanı Z.Əliyevin qarnından küt travma və qabırğasından sınıq xəsarətləri aldığı müəyyən edilib.