08 fevral 2019 17:18
388

Qazaxda müəllim məktəbdə ölüb

Qazax rayonunda müəllim çalışdığı məktəbdə ölüb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb. 

Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin müəllimlər otağında qəfildən halı pisləşib və yerə yıxılaraq ölüb. İlkin olaraq onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.