14 iyul 2020 16:08
1284

Qazaxın Xanlıqlar kəndi də atəşə tutuldu

Ermənistan Silahlı Qüvvələri Qazaxın Xanlıqlar kəndinə artilleriya qurğularından atəş açıb

14 iyul tarixində saat 14:28 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi istiqamətində artilleriya qurğularından atəş açılmışdır.

Kənd sakinləri arasında yaralanma və xəsarətalma halları olmamışdır.