10 iyul 2020 15:43
917

Qazaxıstan karantin rejimini sərtləşdirir

Almatı şəhərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq

 

Qazaxıstanın Kostanay vilayətində koronavirus infeksiyasının yayılmasının atması səbəbindən iyulun 11-dən 13-dək sərt karantin rejimi tətbiq ediləcək.

Son sutka ərzində Kostanay vilayətində 1435 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan başqa, Almatı şəhərində də həmin günlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Ümumiyyətlə, iyulun 5-dən Almatı şəhərində iş günləri ərzində ictimai nəqliyyat məhdud rejimlə fəaliyyət göstərir.