26 fevral 2020 13:28
1458

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır

Qazaxıstan baş sanitar həkimi Jandarbek Bekşin açıqlama verib ki, İranda olan Qazaxıstan vətəndaşları martın 1-nə kimi ölkəyə qayıda bilərlər.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın baş sanitar həkimi vətəndaşları Yaponiya, İtaliya, Sinqapur, Cənubi Koreya, Tailand, Malayziya kimi ölkələrə getməməyə, biletləri təhvil verməyə çağırmışdı.

O, həmçinin bildirib ki, idarələrarası komissiyanın iclasında bu ölkələrə uçuş üçün alınan biletlərin dəyərinin vətəndaşlara qaytarılması barədə qərar qəbul olunub. //AZƏRTAC