13 mart 2020 20:41
1023

Qazaxıstan, Rusiya və Qırğızıstanla sərhəd keçidini məhdudlaşdırdı

Qazaxıstan Xarici İşlər Nazirliyi koronavirusun yayılması ilə bağlı Qazaxıstan-Rusiya və Qazaxıstan-Qırğızıstan dövlət sərhəd keçidi məntəqələrində ölkədaxili sənədlər əsasında keçid qaydalarını müvəqqəti olaraq ləğv olunduğu barədə məlumat yayıb.

Martın 13-də Səhiyyə naziri Yeljan Birtanov Qazaxıstanda qeydə alınmış koronavirus infeksiyasına ilk yoluxma hallarının qeydə alındığını bildirib. Almaniyadan Almatıya gələn iki qazaxıstanlı (kişi və qadın) infeksion xəstəxanaya yerləşdiriliblər. Daha sonra məlum olub ki, koronavirus Milandan Nur-Sultana gələn daha bir qadında və Almaniyada olan Qazaxıstan vətəndaşında da aşkar edilib. //AZƏRTAC