04 dekabr 2020 13:23
950

Qazaxıstan səfirliyi Azərbaycana başsağlığı verib

Qazaxıstanın Bakıdakı səfirliyi Vətən müharibəsində şəhid olmuş azərbaycanlı döyüşçülərin ailələrinə və yaxınlarına başsağlığı verib.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, bu barədə səfirliyin açıqlamasında deyilir.

“Qazaxıstan Respublikasının səfirliyi həlak olmuş döyüşçülərin ailələrinə və yaxınlarına başsağlığını verir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edir”, - deyə məlumatda qeyd olunub.